AB-nin 6 ölkəsi Ukrayna ilə bağlı sənədə imza atmadı

24 Dekabr 2023 15:00

Altı AB ölkəsi hələ də Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Andrey Sibiqa deyib.

"27 AB ölkəsindən yalnız altısı birgə bəyanata imza atmayıb. Bunlar Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltadır. Bəyannaməyə qoşulmaları üçün biz bu dövlətlərlə işləyirik", - Sibiqa bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun