Təxirə salınan oyunun qalibi müəyyənləşdi

24 Dekabr 2023 14:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün stadionda işıq dirəklərindən birinin aşması nəticəsində təxirə salınmış "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Oyun Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, saat 12:00-da başlanan görüş 81-ci- oyunun dayandırıldığı dəqiqədən davam edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun