Nizami Gəncəvinin məqbərəsi qarşısında quldurluq

20 May 2010 12:52
Kəpəz rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dünən axşam saatlarında 3 naməlum şəxs taksi kimi fəaliyyət göstərən Gəncə sakini 24 yaşlı Elnur Əhmədovun idarə etdityi "VAZ-21011" markalı avtomobilə oturaraq Goranboy rayonunun Zazalı kəndinə gedəcəklərini bildiriblrər.

Naməlum şəxslər Nizami Cəncəvi məqbərəsinin qarşısında maşını saxladaraq, sürücüdən pul tələb ediblər. Sürücünün etraz etdiyini görən quldurlar E.Əhmədova bıçaqla xəsarət yetirib və onun cibində olan 220 manat pulu götürürək qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.

Anar Məmmədov
Milli.Az