Türk ordusundan terrorçulara qarşı əməliyyatda möhtəşəm performans

24 Dekabr 2023 12:00

Türk ordusu terrorçulara qarşı keçirilən hava əməliyyatında 29 hədəfi məhv edib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

"İraq və Suriyanın şimalında terrorçu hədəflərə qarşı hava əməliyyatlarında 29 hədəf məhv edilib, çoxlu sayda terrorçunun zərərsizləşdirilib" - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, dekabrın 23-ü "Pençe-Kilit" Əməliyyatı bölgəsində baza ərazisinə sızmağa çalışan terrorçularla başlayan qarşıdurmada altı türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.

Qeyd edək ki, qarşıdurmada 16 terrorçu zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun