İranda mahnıya görə restoran bağlandı, ifaçı həbs edildi

24 Dekabr 2023 11:18

İranın Kiş adasında Sasan Heydəri (Sasi Manken) adlı müğənninin mahnısının ifa edildiyi restoran bağlanılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, mahnını ifa edən müğənni də saxlanılıb, hətta haqqında cinayət işi açılıb.

Qeyd edək ki, ABŞ-da yaşayan gənc müğənni Sasan Heydərinin (Sasi Manken) mahnılarının İranda səsləndirilməsi qadağandır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun