HƏMAS-ın daha bir rəhbər şəxsi öldürüldü

23 Dekabr 2023 20:02

İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah bölgəsinə endirdiyi hava hücumu zamanı HƏMAS-ın hərbi qanadının təchizatından məsul olan rəsmisi ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.

Məlumata görə, öldürülən Həsən əl-Atraş HƏMAS üçün silahların tədarükü və istehsalına, eləcə də müxtəlif ölkələrdən Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silahların keçirilməsinə cavabdeh olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun