"XƏYALLARIMIZDA QALAN NAĞILLAR” adlı sərgi açıldı – FOTO

23 Dekabr 2023 16:48

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası ​və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində uşaqlarda ​ vətənpərvərlik ​ duyğularının ​ güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın ​ yaşadılmasına xidmət​ məqsədi ilə "Xəyallarımızda qalan nağıllar" adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri

19 ,20,21,22 dekabr  2023-cü  il   tarixlərində növbəli şəkildə  Xətai Sənət Mərkəzində açıldı.
Sərgilərdə Azərbaycan Rəssamlar İttifaqının sədr  mavini Ağəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ,  Xətai Rayon İcra Hakimiyyəti  İctimai-siyasi və humanitar məsələlər şöbəsi  Turan Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyası ​ sərgi və ekspozisiyalar şöbəsinin müdüri Elçin Hüseyn , Azərbəycan  Rəssamlıq Akademiyasının  dosenti  Mənsur Cəfərov,rəssam  Akif Yarışov, 2 saylı İncəsənət  Məktəbinin müəllimi İlham İsmayılov, rəssam  Gündüz Həbibov öz ürək sözlərini  sərgi iştirakçıları ilə bölüşdülər.
Tədbirdə həmçinin yazıçı İlhamə Kədər  qələmə  aldığı   "Ay-ulduz"    nağıl  kitabından  hər sərgidə  bir neçəsini sərgi iştirakçılarına təqdim etdi .
Nəzərinizə çatdıraq ki,mövzusu nağıl personajları və nağıl səhnələri olan​ müsabiqəyə respublikamızın müxtəlif ​ guşələrindən​ ​18 yaşa qədər​ yaradıcılıq qabiliyyəti olan 1500-ə ​qədər ​uşaq və yeniyetmə ​1800-dən çox əsər göndərmiş  və 600-dən bir qədər çox əsər sərgiləndi.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olundular.
Tədbirin uşaqlarda ​ vətənpərvərlik ​ duyğularının ​ güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli - mənəvi sərvətimizdən olan nağıllarımızın ​ unudulmamasına və yaşamasına xidmət​ edəcəyinə inanırıq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az