Kiprdən Türkiyəyə qarşı addım - Ankaradan reaksiya

23 Dekabr 2023 14:35

Avropa Birliyinin (AB) direktivinə əsaslanaraq bütün üzv ölkələr tərəfindən hazırlanan, eyni zamanda Cənubi Kiprin Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Dəniz sahəsinin planlaşdırılması"nda göstərilən bölgələr Türkiyə və Şimali Kipr Türk Respublikasının hüquqlarını pozur. Bu qəbuledilməzdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

"Xatırladıram ki, Türkiyənin Aralıq dənizindəki türk kontinental şelfinin sərhədləri 2004-cü ildə və sonuncu dəfə 2020-ci ildə BMT tərəfindən qeydə alınıb. Cənubi Kipr Administrasiyasının dəniz yurisdiksiyası əraziləri ilə bağlı birtərəfli aktlarının qəbul edilməyəcəyi əvvəldən bildirilib və Türkiyənin bölgədəki çalışmaları bu çərçivədə davam edir.

Cənubi Kiprin bu dəfə AB-nin "Dəniz sahəsinin planlaşdırılması" ilə bağlı direktivini istismar etmə təşəbbüsü nəticəsiz cəhdlərin son həlqəsi kimi qiymətləndirilir", - XİN rəsmisi vurğulayıb.

Ö.Keçeli qeyd edib ki, Türkiyənin Kipr adasının qərbində, Kipr türklərinin isə adanın ətrafındakı ərazilərdə qanuni hüquq və səlahiyyətləri var:

"Cənubi Kipr Administrasiyasının iddialı, reallıqdan kənar və heç bir əsası olmayan qeyri-qanuni təşəbbüsləri Kipr probleminin hərtərəfli, ədalətli və davamlı həllinə nail olmaq səylərinə zərər verir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun