Ermənistanı Rusiyaya bağlayan avtomobil yolu tam bağlanıb

23 Dekabr 2023 14:11

Ermənistanla Rusiyanı əlaqələndirən avtomobil yolu tam bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyanın Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars sərhəd nəzarət keçid məntəqəsi hər iki istiqamətdə bütün növ avtomobillər üçün tam bağlanıb.

Sərhəd nəzarət keçid məntəqəsinin müşahidə olunan qarlı hava şəraiti ilə bağlandığı bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun