Danimarka daha onları saxlamayacaq

23 Dekabr 2023 10:00

"Danimarka Ukraynadan gələn hər kəsin Danimarkada qala biləcəyini bəyan etmək niyyətində deyil. Ukraynalı qaçqınlar müharibə başa çatdıqdan sonra evlərinə qayıtmalıdırlar".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Danimarkanın immiqrasiya naziri Bek deyib.

O bildirib ki, Ukrayna öz vətəndaşlarının geri qayıtmasına maraqlı olmalıdır və Danimarka da buna hörmət etməlidir:

"Ukraynadan olan qaçqınların Danimarkada qalma müddətinin uzadılmasının əleyhinəyəm. Onlara yaşamaq və işləmək icazəsini təmin edən qanun 2025-ci ilin mart ayına qədər qüvvədədir. Bu qanunun müddəti bitdikdən sonra yaşayış icazəsi olan 30 278 ukraynalı yenidən Danimarkadan sığınacaq üçün müraciət etməli olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun