"Dünya gözəli - 2023" "o" seçildi – FOTOlar

23 Dekabr 2023 14:20

Albaniya təmsilçisi Drita Ziri "Miss Earth" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,tədbir müsabiqənin YouTube kanalında yayımlanıb.

Müsabiqədə ümumilikdə dörd kateqoriya - Yer, Hava, Od və Su elementləri üzrə qaliblər müəyyən edilib. Ən şərəfli titul Zirinin aldığı Miss Earth-dür.

Miss Air Filippin təmisilçisi İlyana Aduana, Miss Water Vyetnam nümayəndəsi Do Thi Lan Anh və Miss Fire Tailanddan Cora Blialult tanınıb.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun