Bayden 886 milyardlıq müdafiə büdcəsini təsdiqlədi

23 Dekabr 2023 08:30

ABŞ Prezidenti Co Bayden ölkənin 2024-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) 886,3 milyard dollar məbləğində müdafiə büdcəsi layihəsini imzalayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də, Senat isə dekabrın 13-də təsdiqləyib. Sənəddə Ukraynaya 800 milyon dollar məbləğində yardım daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun