Şok iddia: Şahramanyanın adamı Xankəndidə qaldı

22 Dekabr 2023 22:43

Separatçıların qondarma rejiminin buraxılması haqqında fərmandan sonra Samvel Şahramanyan başqa bir fərman imzalayıb və Sarkis Qalstyanı öz "administrasiyası" rəhbərinin müavini təyin edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu "Azadlıq" radiosunun erməni xidmətinə Şahramanyanın "müşaviri" Vladimir Qriqoryan bildirib.

Qriqoryan deyib ki, Qarabağda 20-30 nəfər, o cümlədən Sarkis Qalstyan da qalıb.

Lakin Xankəndidə yaşayan və əvvəllər müxtəlif vəzifələrdə çalışan Qalstyanın hansı funksiyanı yerinə yetirməli olduğu aydın deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun