Qərb bunu etsə, dünyada maliyyə böhranı yaranacaq - Rusiya

22 Dekabr 2023 21:32

Qərbin dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməsi dünyada maliyyə böhranına səbəb olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, dbunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Koşaçev bildirib.

"Bayden administrasiyasının növbəti dəli təşəbbüsü Rusiya Federasiyasının mərkəzi bankının dondurulmuş aktivlərini silmək və bu vəsaiti Ukraynaya göndərməkdir. Nəticədə hər kəs itirəcək", - Kosaçev vurğulayıb.

Qeyd edək ki, Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir.

Milli.Az