İran İsrail gəmilərinə hücum üçün onlara yardım edir

22 Dekabr 2023 21:21

İranlı qüvvələr Yəməndəki husilərə Qırmızı dənizdən keçən gəmilər barədə məlumat ötürür.

Milli.Az axar-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" məlumat yayıb.

Nəşr bildirir ki, İran husiləri raketlərlə də təmin edir.

Qeyd edək ki, son həftələr husilər Qırmızı dənizdən keçən İsrail gəmilərinə hücumlar edir.

Milli.Az