Moskvaya dronla hücum etdilər

22 Dekabr 2023 18:18

Moskvaya dron hücumu olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 14:40 radələrində Moskva vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub.

Qeyd olunub ki, Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilən dron təyyarə tipli olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun