Qarabağda qalan erməni əsgər azərbaycanlı zabitin ona kömək etməsindən danışdı - VİDEO

22 Dekabr 2023 20:49

Sentyabrın 20-dən sonra 33 gün Qarabağ meşələrində qalan erməni əsgəri Rafael Akopyan azərbaycanlı zabitin ona necə kömək etdiyini və necə sağ-salamat Ermənistana təhvil verildiyini danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" hesabında video paylaşıb.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirlərindən sonra regiondakı separatçı liderlər təslim olublar. Erməni əsgərin həmin günlərdə bundan xəbəri olmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun