AB bizsiz Kiyevə maliyyə yardımı ayıra bilməz - Orban

22 Dekabr 2023 10:53

Ukraynanın AB-yə daxil olması ilə bağlı danışıqlara başlaması ölkə vətəndaşlarına real yardım gətirmir, bu, sadəcə, siyasi jestdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"AB-yə üzv dövlətlər Macarıstanın razılığı olmadan qurumun büdcəsindən Ukraynaya maliyyə dəstəyi ayırmaq qərarı verə bilməz. Yalnız büdcədənkənar ödənişlər barədə razılığa gələ bilər, məsələn, qalan 26 ölkə bu məqsədlə ümumi kredit götürər. Avropa Komissiyasının Macarıstanın AB müqaviləsinin 7-ci maddəsinə (qanunun aliliyinin pozulmasına görə) uyğun olaraq səsvermə hüququndan məhrum edilməsi prosesinə başlamaq üçün heç bir səbəb yoxdur", - o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun