“Beşiktaş” 1 ay əvvəl təyin olunan baş məşqçi ilə yollarını ayırdı

22 Dekabr 2023 07:05

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Rıza Çalımbay ilə yollarını ayırıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.

Bildirilib ki, "Alanyaspor" matçından sonra baş tutan iclasda buna qərar verilib. 

Rıza Çalımbay kluba bir ay əvvəl baş məşqçi təyin edilmişdi. 

Qeyd edək ki, ötən gün "Beşiktaş" "Alanyaspor"la matçda 1:3 hesabı ilə uduzub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun