Türkan Vəlizadə: "Bütün orqanlarım yerindədir" - FOTO

22 Dekabr 2023 07:24

Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni verilişlərdən birində heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.

"Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, "Bəsdir də əməliyyat etdirdin".

Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir", - Türkan vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun