Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi - FOTO

22 Dekabr 2023 00:15

İsveçin paytaxtı Stokholmda Apellyasiya Məhkəməsi İranın Kərəc şəhəri yaxınlığındakı Qohərdəşt zindanında prokuror müavininin köməkçisi vəzifəsində çalışmış Həmid Nurinin işi ilə bağlı qərarını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Apellyasiya Məhkəməsinin qərarına əsasən, Həmid Nurinin 1988-ci ildə iranlı siyasi məhbusların öldürülməsində iştirakına dair ittiham əsasında ömürlük həbs cəzası qüvvədə saxlanılıb. Ömürlük həbslə yanaşı, edam edilənlərin ailələrinə və siyasi məhbuslara təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveçdə polis tərəfindən tələyə salınaraq Arland aeroportunda həbs olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun