Rafet El Roman qızlarının dayəsindən uşaq gözləyir

20 May 2010 12:10
Maneken Tuğba Altıntopdan boşandıqdan sonra uzun müddət ortalarda görünməyən müğənninin uşaqlarının keçmiş dayəsi ilə aralarında sevgi münasibətlərinin olması barədə məlumatlar ötən il yayılmışdı.

İndi isə Rafet El Romanla dayənin övladının olacağı barədə xəbərlər var. "Milli.Az" xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, dayə Yeşim 7 aylıq hamilədir. Məşhur müğənninin oğlunun olacağı bildirilir. Dayənin anasının isə Almaniyadakı qohumlarına "yaxında toy var" dediyi məlum olub. Amma Rafet El Romanın Tuğbadan olan 2 qızının bu vəziyyətdən məmnun olmadığı da deyilir.

Milli.Az