Orban Zelenskinin təklifini qəbul etdi

21 Dekabr 2023 22:43

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin görüş dəvətini qəbul etdiyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Nyus" məlumat yayıb.

Orban bu gün keçirdiyi mətbuat konfransında Zelenskinin gələcəkdə ikitərəfli görüş keçirmək dəvətini qəbul etdiyini deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun