AB-nin Ukraynaya dəstəklə bağlı tərəddüdü var – Makron

21 Dekabr 2023 20:36

Avropa Birliyininin Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı tərəddüdləri var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, Ukraynaya dəstək davam etdirilməlidir:

"AB-də şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik. Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək. Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun