Azərbaycan atleti rekord vurdu

26 May 2012 09:44
Çexiyanın Ostrava şəhərində yüngül atletika üzrə "Golden Spike" beynəlxalq turniri keçirilir. Anspress-in məlumatına görə, turnirdə Azərbaycanı stayer Hayle İbrahimov təmsil edir. O, 3000 metr məsafədə qaçışda iştirak edib.

Hayle İbrahimov bu məsafəni 7 dəqiqə 45.92 saniyəyə qət edib və bununla da Azərbaycan rekordunu təzələyib. Azərbaycan idmançısı qaçışda iştirak edən 19 atlet arasında 8-ci olub. 3000 metrə qaçışda keniyalı İsayya Koeh qalib gəlib.

Milli.Az