Sumqayıt Dövlət Dram Teatrında "Uçqun" tamaşasına daxili baxış keçirilib - FOTO

21 Dekabr 2023 17:12

Sumqayıt Dövlət Dram Teatrında tarixində Tuncər Cücənoğlunun "Uçqun" əsəri üzrə hazırlanmış tamaşaya daxili baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı  sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Əsərdə insanların daxilindəki xofdan, tabudan, zərərli köhnə adətlərdən qurtulmaq, mübariz olmaq, sevgisinin arxasında dayanmaq kimi dəyərlər təlqin edilib.

Tamaşanın nümayişindən  sonra müzakirədə  teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, bədii şuranın üzvləri və yaradıcı  heyət fikirlərini bölüşüb. Maraqlı polemika aparılıb. Sonda ümumulikdə tamaşanın uğurlu alındığı vurğulanıb və yanvar  ayında premyeranın gerçəkləşdirilməsi qərara alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun