Ukrayna və NATO ortaq silah istehsalına başlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.
O bildirib ki, rəsmi Kiyev və Alyans ölkələri ortaq silah istehsalı həyata keçirirlər.
O.Danilov söyləyib ki, istehsal mümkün qədər artırılmalıdır: "Lakin bunu müvafiq qurumlar və aidiyyəti şəxslər həll etməlidir. Bu gün Ukrayna NATO standartlarına cavab verir. Ölkəmizdə baş verən hadisələr tərəfdaşlarımızı təəccübləndirir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun