Bu ölkədə AB bayrağı yandırıldı

21 Dekabr 2023 13:06

Gürcüstanda "Alt-İnfo"nun rusiyapərəst radikalları etiraz əlaməti olaraq AB-nin bayrağını yandırıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "European Pravda" məlumat yayıb.

Məlumata görə, daha əvvəl kremlyönlü hərəkatın üzvlərindən biri Laşa Şaruxiya Mtsxeta şəhərində administrasiya binasında quraşdırılmış ən böyük AB bayrağını yandırmışdı:

"Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. Buna cavab olaraq "Alt-İnfo"nun tərəfdarları və üzvləri etiraz kampaniyasına başlayıblar. Onlar nümayişkaranə şəkildə AB bayraqlarını yandırıb, lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar. Radikallar Laşa Şaruxiyanın azadlığa buraxılmasını tələb edir, əks halda iğtişaşlara başlayacaqları ilə hədələyirlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun