Allaha salam göndərmək olarmı?

22 Dekabr 2023 01:01

Salam, Ərəbcə "sülh, əminamanlıq" kimi bir çox mənalara gəlir. O cümlədən Allahın adlarından biridir. Sualınıza bu hadisə ilə aydınlıq gətirək:

Səhabələrdən biri bir dəfə Allaha salam göndərdi. "Sənə salam (sülh, əminamanlıq) olsun ey Allah", dedi. Peyğəmbər onun səhvini düzəldib öyrətdi: "Allah özü salamdır, əmin-amanlıqdadır. Allaha ancaq həmd etmək olar, o da onun şükrə ehtiyacı olduğu üçün yox, bizim ona möhtac olduğumuz üçün. Sülhə və əminamanlığa Allahın yox, bizim ehtiyacımız var.

Odur ki, Allaha salam göndərilməz. Çünki Allah özü salamdır.

Milli.Az