Trampın yolunda daha hansı problemlər var?

21 Dekabr 2023 19:12

Qarşıdan gələn 2024-cü il ABŞ prezident seçkilərində həm Demokrat, həm də Respublikaçı partiyalar dəstək üçün məşhurları fəal şəkildə cəlb edəcəklər, lakin respublikaçılar bu sahədə problemlərlə üzləşəcəklər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Boulinq Qrin Dövlət Universitetinin politologiya professoru Devid Cekson danışıb.

Politoloq bir sıra problemləri, o cümlədən demək olar ki, bütün mədəniyyət xadimləri arasında Respublikaçılar Partiyasının aşağı reytinqinin olmasını, eləcə də eks-prezident Donald Trampın məşhurlar arasında "doğma adam" kimi olduğunu diqqətə çatdırıb.

Politoloq xatırladıb ki, Tramp prezident olana qədər heç vaxt dövlət qulluğunda olmayıb və populyarlığını mədəniyyətə borcludur.

"Birincisi, daha az tanınmış məşhurlar Respublikaçılar Partiyasına üstünlük verirlər. İkincisi, Donald Trampın namizədliyini irəli sürsələr, o, məşhurların namizədi olacaq. O, başqa məşhurların dəstəyinə ehtiyac duymadığını düşünə və hətta onlar tərəfindən təhdid edildiyini hiss edə bilər", - deyə David Jackson izah edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun