“Bütün kişi əsirlər ağ bayraq qaldırmalı və tam soyunmalıdırlar”

21 Dekabr 2023 13:30

Son iki həftə ərzində təslim olan Qəzza sakinlərinin sayı sürətlə artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) tank batalyonunun komandir müavini, mayor Aleksey çıxış edib.

O bildirib ki, İsrailə təxliyə olunmaq istəyən fələstinlilərin sayı getdikcə artır.

"Yüzlərlə insan təslim olur və onların təxminən 15-20%-i HƏMAS yaraqlılarıdır", - deyə İsrail ordusunun hərbçisi qeyd edib.

O əlavə edib ki, təslim olmaq istəyən bütün kişilər ağ bayraq qaldırmalı və tamamilə soyunmalıdırlar.

"Bundan sonra isə bütün əsirlər İsrailin daxili kəşfiyyat xidməti tərəfindən yoxlanılır", - deyə hərbçi söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun