Əl-Cəzirə: Qəzzada 20 min insan ölüb

21 Dekabr 2023 09:05

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında ən azı 20 min insan həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumatına görə, qurbanlar arasında 8 min uşaq və 6,2 min qadın var. Təxminən 6,7 min nəfər itkin düşmüş hesab olunur.

Dekabrın 19-da Qəzza Səhiyyə Nazirliyi öz teleqram kanalında 19 667 ölü və 52 586 yaralı barədə məlumat yayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun