Özünə gələn bloger Asyanın son halı - FOTO

21 Dekabr 2023 07:40

Xəbər verdiyimiz kimi, reanimasiyada müalicəsi davam etdirilən influenser Asya İsmayılova özünə gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, palataya köçürülən bloger foto paylaşıb və bu sözləri qeyd edib:

"Yaxşıyam, şükür. Məni sevginizlə çox kövrətldiniz. Hər birinizi çox sevirəm. Bir neçə gündür ölkə gündəmini zəbt etdim. İstəməzdim, amma məcbur. Bəlkə də bu hadisə baş verməsəydi, mən bu qədər sevildiyimi bilməyəcəkdim. O qədər kövrəldim ki, yazılarınızı oxuyub, necə gözəl insanlar qazanmışam mən. Çoxunuzun üzünü görməmişəm, səsinizi eşitməmişəm, amma sizi inanılmaz çox sevirəm, yaxşı ki, varsınız. Allah hər birinizin ürəyinə görə versin".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun