Bu, III Dünya müharibəsinin başlanğıcı olacaq - Fitso

21 Dekabr 2023 06:58

Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

R.Fitso bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib.

Bundan əlavə, o, Ukraynanın AB-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun