İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın potensialını gücləndirməyə vasitə olacaq.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında səsləndirib.
Bildirib ki, 2023-cü ildə Şimali Atlantika Alyansı "daha böyük və daha güclü" olub.
"Bu il NATO-ya 31-ci üzv kimi Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək", - deyə, Blinken əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun