Ərdoğan Vuçiçlə danışdı

20 Dekabr 2023 23:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandar Vuçiçlə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Serbiyalı həmkarını seçkilərdəki qələbə münasibəti ilə təbrik edən Ərdoğan yeni dövrdə də iki ölkə arasındakı güclü münasibətlərin və əməkdaşlığın inkişaf edərək davam edəcəyini bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun