Ermənistanda "Sputnik Ermənistan" radiosu bir ay müddətinə efirdən məhrum edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, radionun retranslyatoru olan "Tospa" radiostansiyasının lisenziyası 30 gün müddətinə Televiziya və Radio Komissiyası tərəfindən ləğv olunub.
Komissiya digər qərarında "Sputnik Ermənistan" radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib.
Yayımın 30 günlük dayandırılması qərarı "Tiqran Keosayanla cümə" proqramı ilə bağlıdır. Komissiya bu proqramda müəllifin "mənəvi haqqı" olmadan, ölkənin və xalqın şərəf və ləyaqətini alçaldan ironik bəyanatlar verdiyi"ni bildirib.
İkinci cərimə qərarı isə keçmiş deputat Arman Abovyanın müəllif proqramına - "Abovyan vaxtı"na aiddir. Burada komissiya " təsdiqlənməmiş və etibarsız mənbələrə əsaslanan, çaxnaşma yayan ifadələr" tapıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun