Putin Nazarbayevlə görüşüb

20 Dekabr 2023 15:15

Moskvada Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 

"O, həqiqətən də Moskvada olub və Putinlə şəxsi görüş keçirib. Bunu təsdiq edə bilərik", - deyə Peskov qeyd edib. 

Bununla belə, o, görüşün detallarını açıqlamayıb. 

Qeyd edək ki, N.Nazarbayev 1990-cı ildən 2019-cu ilin martına qədər Qazaxıstana rəhbərlik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun