Reanimasiyaya aparılan müğənnidən xəbər var - FOTOlar

20 Dekabr 2023 15:05

 Yıldız Tilbe reanimasiyaya aparıldığı xəbərindən sonra susqunluğunu pozub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnıları, rəqsləri və şərhləri ilə adından söz etdirən uğurlu müğənni Yıldız Tilbenin xəstələndiyi və reanimasiyaya aparıldığı iddia edilib.

Qısa müddətdə sosial şəbəkədə trend mövzusuna çevrilən müğənni reanimasiyaya aparıldığı iddiasını təkzib edib:

"Allaha şükür yaxşıyam. Xəstəxanaya yerləşdiriləni şəxsən tanımıram" deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun