"Günahkar Emre Belözoğludur"

20 Dekabr 2023 12:39

"Ankaragücü" klubunun Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Meler açıqlamalar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Fanatik"ə açıqlmasında referi hadisənin ankaralıların baş məşqçisi Emre Belöoğlu tərəfindən təşkil olunduğunu bildirib:

"Klub prezidentini provakasiyaya çəkən Emre Belözoğlu oldu. Bu hadisələrin günahkarıdır". 

Qeyd edək ki, dekabrın 11-də keçirilən "Ankaragücü" - "Rizespor" matçında Halil Umut Melerin qərarından narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca meydana girərək Halil Umut Melerin üzünə sərbə endirmişdi. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun