Ukraynaya yardım üçün "sehirli qazan"ımız yoxdur - ABŞ

20 Dekabr 2023 09:09

Konqresin əlavə vəsaitin ayrılması ilə bağlı razılığı olmasa, Ağ Ev administrasiyasının Ukraynaya yardım etməsi mümkünsüz olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.

"Konqres bu qanun layihəsini qəbul etməsə, bizim heç bir "sehrli qazan"ımız yoxdur", - Miller söyləyib.

Qeyd edək ki, ABŞ administrasiyası Ukrayna üçün Konqresdən 61 milyard dollar ayrılmasını tələb edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun