Yurgen Klopp “Barselona”ya rəhbərlik edəcək?

20 Dekabr 2023 08:05

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunu tərk edə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"da Xavini əvəzləyə bilər.

Almaniyalı mütəxəssis tez-tez Kataloniya klubunun prezidenti Joan Laporta ilə əlaqə saxlayır.

Klopp "Barselona"nın artıq tərtib etməyə başladığı məşqçilər siyahısında birinci yerdədir.

Xatırladaq ki, daha əvvəl mətbuatda klub prezidenti Xuan Laporta və idman direktoru Dekunun təmsil olunduğu klub rəhbərliyinin Xavinin işini qiymətləndirmək və onun vəzifəsindən kənarlaşdırılmasının məqsədəuyğunluğunu müzakirə etmək üçün iclas keçirməsi barədə məlumat yayılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun