“Çelsi” yarımfinala penaltilərlə vəsiqə qazandı

20 Dekabr 2023 07:48

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu gün 3 görüş baş tutub.

"Midlsbro" "Port Veyl"ə 3 cavabsız qolla qalib gələrək mərhələ adlayıb. "Everton" "Fulhem"i, "Çelsi" isə "Nyukasl"ı qəbul edib. Bu oyunların əsas vaxtı bərabərliklə bitdiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Fulhem"lə "Çelsi" yarımfinala vəsiqə qazanıblar.

İngiltərə Liqa Kuboku
1/4 final
19 dekabr

Everton - Fulhem 1:1 (penaltilər 6:7)

Port Veyl - Midlsbro 0:3

Çelsi - Nyukasl 1:1 (penaltilər 4:2)

20 dekabr

00:00. Liverpul - Vest Hem

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun