Kolorado məhkəməsi Trampın yerli praymerizlərdə iştirakını qadağan etdi

20 Dekabr 2023 07:24

ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa prezidentliyə namizəd kimi yerli praymerizlərdə iştirakını qadağan edən hökm çıxarıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Hakimlər qərarlarını ABŞ Konstitusiyasına 14-cü düzəlişlə izah ediblər. Düzəlişə əsasən, etirazçılar yüksək dövlət vəzifələri tuta bilməz.

Telekanal qeyd edib ki, ştatın Ali Məhkəməsinin hakimlərinin hamısı (yeddi hakim - Qeyd) demokrat qubernatorların qərarları ilə bu vəzifələrə təyin ediliblər.

Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun