Rus hərbçilərin olduğu əraziyə güclü zərbə endirildi

20 Dekabr 2023 05:18

Ukrayna aviasiyası və raket qüvvələri ötən gün rus ordusunun cəmləşdiyi bir neçə ərazini güclü şəkildə vurub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk hesabında bildirilib.

Qeyd olunub ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib.

Bundan əlavə, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi iki ərazini, bir idarəetmə postunu, üç artilleriya silahını və rus hərbçilərinin dörd silah-sursat anbarını vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun