Edin Ceko "Qalatasaray"la oyun qabağı zədələndi

20 Dekabr 2023 06:08

"Fənərbaxça"nın futbolçusu Edin Ceko sıradan çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bosniyalı hücumçu komandanın bugünkü məşqində ayaq əzələsindən zədələnib. 37 yaşlı forvardın sabah Superliqanın 16-cı turunun "Kayserispor"la matçında komandaya kömək edə bilməyəcəyi açıqlanıb.

Cekonun dekabrın 24-də "Qalatasaray"la keçiriləcək derbi oyununa hazır olacağı gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun