ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır

20 Dekabr 2023 00:45

ABŞ Şimali Koreya ilə danışıqlara, eləcə də yarımadanın nüvəsizləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

"Biz əvvəllər demişdik ki, yarımadanın nüvəsizləşdirilməsi barədə danışıqlara başlamaq üçün heç bir şərt qoymadan Kim Çen Inla masa ətrafında oturmağa hazırıq. Təklif bu gün də aktuallığını itirməyib", - Kirbi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun