«Hundai» can aldı
20 May 2010 11:21
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə mayın 19-da saat 08:15 radələrində Binə qəsəbəsi ərazisində baş verib.
Rəşad Cəlilov idarə etdiyi "Hundai" markalı avtomobillə qəsəbə sakini Şəmdin Əliyevi vurub. Zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az