Rusiya Ukraynanın itkilərini açıqladı

19 Dekabr 2023 21:00

Rusiya müharibənin 664-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 553 təyyarəsi, 259 helikopteri, 9867 PUA-sı, 442 zenit-raket kompleksi, 14 177 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 397 artilleriya və minaatanı, 16 453 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun