Hərbi əməkdaşlıq sazişini imzaladılar

19 Dekabr 2023 17:14

ABŞ və Danimarka ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette-Frederiksen bildirib.

Onun sözlərinə görə, ABŞ və NATO İkinci Dünya müharibəsindən bəri Danimarkanın təhlükəsizliyinin zəmanətçisi olaraq qalır: "Saziş yeni bir irəliləyişə işarə edir. Bu o deməkdir ki, ABŞ əsgərləri və texnikası Danimarka ərazisində daimi yerləşdirilə bilər".

Qeyd edək ki, ötən gün ABŞ analoji sazişi Finlandiya ilə imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun